“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, oyun bitdikdən sonra təxminən 21:30 radələrində “Neftçi”nin bir qrup azarkeşi anidən polis əməkdaşlarına hücum edib.
Azarkeşler yerdən götürdükləri daş parçaları ilə polisin Fiat Dobla markalı 10 PK 837, 90 AF 453 nömrəli avtomobillərini zədələyib. Çevik Polis Alayına məxsus Fiat Dobla markalı 90 AE 047 nömrəli avtomobilin ön şüşəsi daşla sındırılıb.
Hadisənin qarşısı alınıb və bakı şəhər sakinləri 1996-ci il təvəllüdlü Ümüd Alışov, 1995-ci il təvəllüdlü Seyid Mehtiyev, 2000-ci il təvəllüdlü Rafiq Əliyev, 2000-ci il təvəllüdlü Elmar Ağaməmmədov, 1994-cü il təvəllüdlü Əhməd Məmmədov, 1995-ci il təvəllüdlü Nicat Nurəddinov, 1998-ci il təvəllüdlü Məhəmməd dadaşov, 1995-ci il təvəllüdlü Tural Həsənli və Cəlilabad rayon sakini 1996-cı il təvəllüdlü Orxan Tanrıverdiyev saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər