İran 2500 dollar qarşılığında Cənubi Azərbaycanın qadın aktivist Safiyə Qarabağini həbsdən azad edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 17-də evindən həbs olunaraq aparılan S. Qarabaği hakimiyyətə qarşı çıxmaq, yalan yaymaq, provakasiya etməkdə şübhəli bilinirdi.
Qeyd edək ki, aktivist gender bərabərliyi, qadına qarşı şiddət və türk dilinin öyrənilməsi baxımından hüquqi yazıları ilə tanınır. Onun həyat yoldaşı Ruzbeh Saadeti də Cənubi Azərbaycanın tanınmış aktivistlərindəndir
Son xəbərlər
Son Xəbərlər