"Qafqazinfo"nun xəbərinə görə, o, AzNews.az-a bildirib ki, barəsində yayılan məlumatlar cəfəngiyyatdır: “Mən 23 may 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə seçilmişəm. Hazırda elmi işimi davam etdirirəm. Həbs olunsaydım kabinetimdə nə işim var idi?”.
Ş.Alıyev Sabunçu rayon icra başçısı Adil Vəliyevlə münasibətlərindən də danışıb: “Mənim icra başçısı ilə aramda heç bir problem yaşanmayıb. O, böyük insandır və işinin öhdəsindən layiqincə gəlir. Sadəcə mən elmi işimi davam etdirmək üçün müavin vəzifəsindən öz ərizəmlə getmişəm. Buna KİV-lərdə hansısa don geyindirmək lazım deyil”.
Son xəbərlər
Son Xəbərlər