Bunu Avropa.info-ya açıqlamasında bu gün mətbuatda həbs xəbəri yayılan Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev deyib. Onun bildirdiyinə görə, bir neçə gündür şəxsi problemləri ilə bağlı evdədir. "Bir neçə gündür, şəxsi problemlərimlə bağlı, daha doğrusu, ailəmdə xəstə olması ilə əlaqədar, cəmiyyət arasında görünə bilmirəm. Bundan istifadə edərək haqqımda yalan və iftira dolu məlumatlar yayırlar".
Qeyd edək ki, dünən mətbuatda Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən və sələfi camaatının ən çox toplaşdığı məscidinin imamı Mübariz Qaçayev həbs olunduğu haqda məlumat yayılıb. Məlumatda bildirilir ki, məscid ətrafında yaşayan sakinlərdən birinin verdiyi məlumata görə, M.Qaçayevi məscidin qarşısında başına torba keçirməklə saxlayıb naməlum istiqamətə aparıblar.