Həbsdə halı pisləşən Koçaryan xəstəxanaya yerləşdirildi

hebsde-hali-pislesen-kocaryan-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1269

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryanın səhhəti pisləşib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, qəflətən halı pisləşən sabiq prezident saxlanıldığı istintaq təcridxanasından “Nairi” Tibb Mərkəzinə aparılıb.

Məlumata görə, Koçaryanın təzyiqi düşüb. Hazırda vəziyyəti normaldır.