Həbsdə olan eks-prezidentin qızının 11 mənzil və 4 kotteci üzə çıxdı - Fotolar

hebsde-olan-eks-prezidentin-qizinin-11-menzil-ve-4-kotteci-uze-cixdi
Oxunma sayı: 638

Aprelin 5-də Moskvanın Basman rayon məhkəməsi tərəfindən haqqında həbs-qətimkan tədbiri seçilən Rusiyanın Udmurtiya Respublikasının keçmiş rəhbəri Aleksandr Solovyovun böyük qızı Yevgeniya Sirik İjevsk şəhərində rəsmən sahibi olduğu 11 mənzil və 4 kotteclə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə,  bu daşınmaz əmlakların ümumi dəyəri 15 milyon rubldur.

Bildirilir ki, mənzillərin, evlərin ərazisi birlikdə 2 ha edir ki, bu da 3 futbol sahəsi deməkdir.

Qeyd edək ki, Aleksandr Solovyov 140 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur. O, iki ay müddətində, iyunun 4-dək həbsdə olacaq. 
 A. Solovyov Udmurtiyaya 2014-cü ilin fevralından rəhbərlik edib. Rusiya prezidenti Vladimir Putin 2017-ci il aprelin 4-də onu vəzifəsindən sui-istifadə halına görə istefaya göndərib.