Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, hökmdən apellyasiya şikayəti verilib və iş icraata qəbul edilib. İlkin baxış iclası avqustun 4-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər