Həbsdə olan oğlanı axtarışa verdilər - - Azərbaycanda

hebsde-olan-oglani-axtarisa-verdiler-
Oxunma sayı: 1281


Gənc fəalın həbsindən xəbərsiz olan, özünü Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs Orxan Əyyubzadənin valideynlərinə zəng vuraraq, onu Polis Şöbəsinə gətirməyi tələb edib. Gəncin valideynləri ona qarşı başqa maddə ilə yenidən cinayət işinin açılacağından narahatdırlar.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə musavat.com-a məlumat verən gənc fəalın anası Rəhimə Məmmədova bunları deyib: “İki gündür ki, davamlı olaraq, 050 210 46 32 nömrəsindən evimizə zəng gəlir. Zəng edən şəxs özünü Cinayət Axtarış Şöbəsinin əməkdaşı kimi təqdim edərək, Orxanı 28 Mayda yerləşən şöbəyə gətirməyimizi tələb edir. Mən bunun səbəbini soruşduqda isə zəng edən şəxs, guya Orxanın bir həftə öncə 4-5 nəfər ilə dalaşdığını söylədi. Bu an məni dəhşət bürüdü. Oğlumun həbs olunduğunu qəsdən demədim. Ondan təkrarən məlumatın doğru olduğunu soruşduqda, o, təsdiq etdi. İndi mən bir daha anlayıram ki, bunlar övladımı haqsız yerə zindana atdıqlarını yaxşı bilirlər. 1 aydan çoxdur ki, Orxan həbsdədir. Amma indi onun bir həftə öncə dava saldığını deyirlər. Daha bu qədər də olmaz. Oğluma əlavə maddə ilə cinayət işi açılacağından qorxuram. Hüquq müdafiəçilərini, vəkilləri bizə kömək etməyə çağırıram. 19 yaşlı övladımın taleyi ilə oynayırlar”.