Həbsdə olan sədr atasının yasına buraxılacaqmı?

hebsde-olan-sedr-atasinin-yasina-buraxilacaqmi
Oxunma sayı: 1423


Bu barədə partiya sədrinin müavini Akif Heydərli “Qafqazinfo”ya açıqlamasında məlumat verib.

A.Heydərli bildirib ki, Mövsüm Səmədovun atasının yas mərasimində iştirak etməsi üçün müvafiq strukturlara müraciət edilib. Müraciət M.Səmədovun ailəsi adından ünvanlanıb.

A.Heydərli qeyd edib ki, hazırda Qubada qəbiristanlıqdadırlar: “Sabah biz də partiya adından Hacı Mövsüm Səmədovun atasının yas mərasimində iştirakı ilə bağlı müraciət edəcəyik”.

Vəkil Anar Qasımlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq rəsmən müraciət edilib: “Həm Qobustan təcridxanasının rəhbərliyinə, həm də Pentensiar Xidmətə müraciət etdik. İşçi Qrup da bununla bağlı müraciət göndərib. Hələ ki, bir xəbər yoxdur, gözləyirik”. 

Pentensiar Xidmətdan “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, onlara bu barədə müraciət edilib-edilməməsi haqda məlumat verə bilməzlər: “Bu məhbusun hüquqlarının pozulması deməkdir. Bu barədə yalnız məhbusun yaxınları məlumat verə bilərlər. Pentensiar Xidmətə daxil olan hər bir müraciətə baxılır və 24 saat ərzində cavablandırılır. Razılıq verilib-verilməməsi də qanuni yollarla əsaslandırılır”.

Murad Əhməd