35 yaşlı kişi polisin saxlama məntəqəsində öldü

35-yasli-kisi-polisin-saxlama-menteqesinde-oldu
Oxunma sayı: 3407

Polisin saxlama məntəqəsində saxlanılan şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 35 yaşlı Aslan Məmmədovun səhhəti qəfil pisləşib. Ona saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Qeyd edək ki, A.Məmmədov bir müddət öncə İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək iki ay müddətə inzibati həbs olunub. O, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs həyatı yaşayıb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.