"Qafqazinfo" xəbər verir ki, bunu "futbolpress"ə açıqlamasında həbsdəki "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyevin anası Emilya Şərifova dedi. "Eliko Lezginçik" ləqəli azarkeşin anası Apellyasiya Məhkəməsinin şikayəti təmin eləmədiyini söylədi: "Apellyasiya məhkəməsi 8 ay davam elədi. Bu müddətdə oğlumun günahı təsdiqlənməsə də, Lənkəran məhkəməsinin qərarı qüvvədə qaldı. Məhkəmə bizi süründürdü. Ona görə də Elmanın prezidentin "Yeni İl"qabağı imzaladığı əfvə düşmək şansı olmadı. Ondan sonra işi biz Ali Məhkəməyə verdik. Hazırda həmin məhkəmədə qeydiyyat işləri gedir. "Xəzər Lənkəran" bizimçün Əli adında vəkil də tutub. Heç bir işә yaramadığı üçüb əvvəlki vəkil Əliheydər Hüseynovdan imtina eləmişik. Mənə xəbər veriblər ki, bu ayın 22-si məhkəmə olacaq."
Emilya xanım Ali Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır: "Əvvəlki məhkəmlərin də ədalətli qərar çıxaracağına inanırdım. Amma təəssüf ki, olmadı. Oğlum günahsız yerə həbs olunub. İnanıram ki, Ali Məhkəmə ədaləti bərpa edəcək. Allah eləməsin, əgər qərar yenə qüvvədə qalsa, biz artıq cənab prezidentə əfv üçün müraciət edəcəyik." Ürəyiyaralı ana Elmanın sağlamlığında heç bir problemin olmadığını və "Xəzər Lənkəran"ın onlara böyük köməklik göstərdiyini də bildirdi: "2014-cü ilin dekabrın 22-də 14 saylı tədricxanada baş verən qətl hadisəsilə bağlı ora heç kəs buraxılmırdı. Onun yanına bu ilin yanvarın 2-də getmişəm. Elmanın sağlamlığında bir problem olmasa da, çox arıqlayıb. Əvvəlki "Eliko" deyil. Bu həms ona mənəvi təsir göstərib. Böhtanla azarkeşə "türemşik" adı qoyuldu. Amma çox sağ olsun ki, bizim də tərəfimizdə dayananlar var. "Xəzər Lənkəran" bizə çox dəstək olur. Futbolçulardan Rahid Əmirquliyev sağ olsun, uşaqlara maddi cəhətdən kömək edib. Onun azarkeş dostları tədricxanaya da gedib, amma "karantin" zamanına düşdüyü üçün yanına buraxmayıblar".
Elman Tağıyev 2013-cü ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş vermiş insidentlə bağlı saxlanılıb və 3 il həbs olunub.
Son xəbərlər
Son Xəbərlər