Həbsdə vəfat edən sabiq icra başçısı ilə bağlı daha bir - Açıqlama

hebsde-vefat-eden-sabiq-icra-bascisi-ile-bagli-daha-bir
Oxunma sayı: 9401

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün koronavirusdan vəfat edib.

Gəncə modul tipli xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, o, xəstəxanaya sentyabrın 7-də ağır vəziyyətdə gətirilib.

Həbsdə olan sabiq icra başçısı koronavirusdan öldü

“Hər iki ağciyərin 55-65 faiz buzlu şüşəsi diaqnozu ilə daxil olub. Aparılan müalicə tədbirlərin baxmayaraq, bu gün hər iki ağciyərin viral pnevmaniyası tromboemboliya diaqnozu ilə vəfat edib”, - açıqlamada deyilir.

Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş...