“Qafqazinfo”nun xəbərinə görə, vəkil Adəm Məmmədov “Media forum” saytına bildirib ki, həbs müddətinin uzadılması qərarından apellyasiya şikayəti verib, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyəcəklər.
Vəkil qeyd edib ki, İlham Mirzəyevin səhhətində problemlər var.
Adəm Məmmədov əlavə edib ki, istintaq qərəzli aparılır: “Həbs müddəti üçüncü dəfədir uzadılır. Halbuki heç bir ciddi istintaq hərəkəti aparılmır”.
İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
Son Xəbərlər