Həbsdəki direktorun işinə yenidən baxılacaq - Qərar

hebsdeki-direktorun-isine-yeniden-baxilacaq
Oxunma sayı: 638

Bakı Apellyasiya Məhkəməsində “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, 29 nəfər zərərçəkən 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. 

Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla vətəndaşlara 305 min manat məbləğində ziyan vurulub. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

“VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov məsuliyyəti “SAFARI-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşı İmran Axundovdur.

İlkin istansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Rəhimovun hokum ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. 

Murad Əhməd