Həbsdəki jurnalistin səhhəti ağırdır

hebsdeki-jurnalistin-sehheti-agirdir-
Oxunma sayı: 1026


“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna onun vəkili Bəhruz Bayramov məlumat verib. 

Vəkil deyir ki, aprelin 4-də onun üçün dərmanlar aparsa da görüş verməyiblər, dərmanları da qəbul etməyiblər. Bunu da şənbə gününün görüş olmaması ilə əsaslandırıblar:

“Görüşün verilməməsi qanunsuzdur. Ordakı məhbusların yaxınlarına şənbə günü görüş verirdilər. Özü də həmin cəzaçkmə müəssisəi şəhərdən xeyli uzaq, yolları da bərbad olduğundan ora tez-tez getmək mümkün deyil”. 

Vəkilin sözlərinə görə, görüş verilməməsi ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək. 

Pərviz Həşimli 2013-cü ilin sentyabrında həbs edilib. Qanunsuz silah saxlama və qaçaqmalçılıqda ittiham olunaraq  8 il azadlıqdan məhrum edilib. 

P.Həşimli özü isə ittihamları qəbul etmir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. 

Penitensiar Xidmətin mətbuat xidmətindən AzadlıqRadiosuna məsələni araşdıracaqlarını deyiblər.