Həbsdəki NİDA-çı prezidentə müraciət etdi- - Mətn

hebsdeki-nida-ci-prezidente-muraciet-etdi-
Oxunma sayı: 4643


"Qafqazinfo" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə ünvanladığı bəyanatda NİDA üzvlüyündən imtina etdiyini qeyd edib. 

Müraciətdə məhkum B.Quliyev təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd etmiş və özünün “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.

Məhkum B.Quliyev prezident İlham Əliyevə də müraciət edib.

Qeyd edək ki, Bəxtiyar Quliyev 7 il müddətinə azadlıqdan məhrum olunub.