Həbsdəki NİDA-çılar aclığa başladı

hebsdeki-nida-cilar-acliga-basladi
Oxunma sayı: 1555


 “Qafqazinfo” xəbər verir ki, dövlət ittihamçısının tələbinə etiraz edən “Nida”çı gənclər bu gündən aclıq aksiyasına başlayacaqlarını elan ediblər:

“Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik. 

Məqsədimiz "Nida"nın əzəli vasitəsi olan dinc yollarla azadlığa nail olmaqdır. 

Bütün mümkün zərərləri nəzərə almışıq.İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq”.

İmza: 

Novruzlu Şahin İbrahim oğlu

Əzizov Məmməd Rasim oğlu

Quliyev Bəxtiyar Səməndər oğlu

Həsənov Rəşad Zeynalabdin oğlu

Məmmədli Üzeyir Məhəmməd oğlu

Axundov Rəşadət Fikrət oğlu

Qurbanlı Zaur Araz oğlu

Rüstəmzadə İlkin Bakir oğlu