“Media forum” saytına açıqlamasında İbrahim Novruzlu deyib ki, aclıq aksiyasından sonra oğlu arıqlayıb, zəifdir, soyuqdəyməsi olduğu üçün ağzında yaralar var: “Ümumi götürdükdə isə səhhəti normaldır. Saxlanma şəraitindən narazılıq etmədi”.
Atasının sözlərinə görə, Şahinin nədənsə bir gözləntisi yoxdur: “O uşaq gözün açıb nə gördü ki, nə də gözləntisi olsun? Daha heç nə gözləmir”.
Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi 2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alıb. Subaydır.
O, ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
Şahin Novruzlu digər 7 gənclə birlikdə aprelin 17-dən mayın 6-dək aclıq aksiyası keçirib.
Son xəbərlər
Son Xəbərlər