“Qafqazinfo”nun xəbərinə görə, Penitensiar xidmətin (PX) 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında PX rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Bu gün – iyulun 14-də təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nigahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər