Həbsdəkilərdən xəbər var

hebsdekilerden-xeber-var
Oxunma sayı: 1647


“Qafqazinfo” xəbər verir ki, hüquq müdafiəçisinin Trend-ə bildirdiyinə görə, monitorinqin keçirilməsində məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəxariti və onlara qarşı münasibəti öyrənməkdən ibarət olub. E.Behbudov qeyd edib ki, onlar orada bir neçə təqsirləndirilən şəxslə görüşüblər: “Jurnalist Rauf Mirqədirovla görüşdük. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Ona qarşı münasibətdən razılıq etdi. Bildirdi ki, evdən ona azuqə gəlir. Onun sözlərinə görə, bir az qan təzyiqi var. Bununla bağlı həkim nəzarəti altındadır və dərman qəbul edir”.

Hüquq müdafiəçisi deyib ki, onlar Arif Yunus və Hacı Məmmədovla görüşə bilməsələr də, həkimdən onlar haqqında məlumat alıblar: “Bildirildi ki, Arif Yunusun sağlamlığında heç bir problem yoxdur. Bu yaxınlarda həkim komissiyası onu müayinə edib. Sağlamlığı üçün ciddi təhlükə yoxdur. Buna baxmayaraq, mütəmadi həkim nəzarəti altındadırlar. Hacı Məmmədova gəlincə, həkim dedi ki, o, şəkərli diabet xəstəsidir. Lakin təbii üsullarla özünü müalicə edir. Buna baxmayaraq, yenə də həkim nəzarətindədir”.