Həbsdən çıxan aktyor qızının anasını, sonra da özünü vurdu

hebsden-cixan-aktyor-qizinin-anasini-sonra-da-ozunu-vurdu
Oxunma sayı: 4448

Hollivud aktyoru Haqen Mils intihar edib. “Qafqazinfo” xəbər verir ki, 29 yaşlı sənətçi əvvəlcə keçmiş sevgilisi Erika Prisə, daha sonra özünə odlu silahla atəş açıb.

Hadisə zamanı cütlüyün azyaşlı qızı Mila və Erikanın anası evdə olub. Onların da zorakılığa məruz qaldığı, E. Prisin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı açıqlanıb. Haqen isə oradaca dünyasını dəyişib. 

Məlum olub ki, narkotik, zorlama, insan qaçırtma maddələri ilə həbs olunan aktyor ölümündən bir gün əvvəl azadlığa çıxıb.