Həbsdən yeni çıxan Dəniz Səkiyə gözlənilməz təklif

hebsden-yeni-cixan-deniz-sekiye-gozlenilmez-teklif
Oxunma sayı: 645

Ötən gün azadlığa çıxan türkiyəli müğənni Deniz Sekinin “O səs Türkiyə” yarışmasında jüri olacağı iddia edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun Acun Ilıcalı tərəfindən Sibel Canın yerinə gətiriləcəyi bildirilir.

Lakin, müğənninin təklifi hələlik cavablandırmadığı söylənilir.

Hazırda sənətçi dostları və yaxınları ilə 10 günlük istirahətə başlayıb. O, tətildən sonra yeni mahnılar üzərində çalışmağa başlayacaq. Həmçinin, Türkiyədə və Kiprdə ardıcıl konsertlər verəcək.

Xatırladaq ki, D.Seki narkotik madə ticarətinə görə 2014-cü ildə həbs edilmişdi. 2,5 illik həbs cəzasını çəkdikdən sonra dünən azadlığa çıxıb.