“Həbsxana mənə feministləri başa düşməyə kömək etdi” - Navalnı

hebsxana-mene-feministleri-basa-dusmeye-komek-etdi
Oxunma sayı: 1878

Hazırda Rusiyanın Vladimir vilayətində həbsxanada məhkumluq həyatı yaşayan 45 yaşlı siyasətçi Aleksey Navalnı feminitivlərin (qadın cinsi ilə əlaqədar olan isimlər) müdafiəsinə qalxıb.

“Qafqazinfo”nun “Spletnik”ə istinadən xəbərinə görə, müxalifət lideri etiraf edib ki, məhz həbsxana ona feministləri başa düşməyə kömək edib.

Navalnı həbsxanada işə cəlb olunduğunu və bir neçə vakansiya (aşpaz, çörəkçi, köməkçi, dərzi və s.) arasından seçim etməyin təklif edildiyini söyləyib. O, “insan kütləsi”nə daha yaxın olmaq üçün tikiş emalatxanasına yazılmaq qərarına gəlib.

Siyasətçi bildirib ki, rus dilində dərzi (швея) sözünü dedikdə bu söz ancaq qadın cinsində işlədilir. Navalnı bildirib ki, bu peşənin adı kişi cinsinə də şamil olunmalıdır.

O, həmçinin qeyd edib ki, əvvəllər həm feministlərə, həm də feminitivlərə gülürdü, lakin indi bu məsələ ilə bağlı fikrini dəyişib.