“Qafqazinfo” Pentensiar Xidmətə istinadən xəbər verir ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, Penitensiar xidmətin məsul əməkdaşları, sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında olimpiya, avropa və dünya çempionları və tanınmış incəsənət ustaları iştirak ediblər.
Penitensiar xidmətin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir məhkumların asudə vaxtlarının səmərəli təşkili, idmana maraqlarının artırılması və sağlam həyat tərzinin aşılanması məqsədi ilə keçirilib.
Qonaqlar tərbiyə olunanlar qarşısında çıxış edərək, onlara verilən sualları ətraflı cavablandırıblar. Müğənnilər Mübariz Həşimov, Əhməd Mustafayev və Aysel Əlizadə maraqlı konsert proqramı təqdim ediblər. Tədbirin sonunda qonaqlar tərəfindən gətirilən hədiyyələr yeniyetmələrə təqdim olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər