İndoneziyanın Açe şəhərindəki həbsxanalardan birində məhkumlar üsyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, üç məhkumun başqa həbsxanaya köçürülməsinə etiraz edən digər məhkumlar yanğın çıxarıblar.
Digər həbsxananın 3 məhkumun ailələrinin qaldığı yerə uzaq olduğu üçün köçürməyə etiraz edilib.
Yanğın qısa zamanda söndürülüb. Xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən il ölkənin Riau bölgəsindəki bir həbsxanadan 440 məhkum qaçmışdı.





Son xəbərlər
Son Xəbərlər