Həbsxanada üsyan - 7 ölü, 13 yaralı var

hebsxanada-usyan
Oxunma sayı: 733

Meksikanın Tamaulipas əyalətində həbsxanada üsyan çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanaya gizli şəkildə silah keçirməyi bacaran məhkumlar üsyan qaldırıblar.

Polislərlə çıxan atışma nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb. 3 polis ölüb, 6 polis isə yaralanıb. Məhkumlar arasında isə 4 ölü, 7 yaralı var.

Uzun cəhdlərdən sonra üsyan yatırılıb.

Qeyd edək ki, Meksikanın Monterrey şəhərində 2012-ci ildə çıxan üsyanda 44 məhkum ölmüşdü.