Həbsxanadakı şəxsin basdırdığı silah tapıldı - Foto

hebsxanadaki-sexsin-basdirdigi-silah-tapildi
Oxunma sayı: 4369

Bakıda həbs olunan şəxsin evindən silah tapılıb.

Bu barədə “Qafqazinfo”ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxasında gizlətdiyi 1 ədəd "Vinçester" markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.