“Qafqazinfo Penitensiar xidmətə istinadın xəbər verir ki, ” Ədliyyə Nazirliyinin ayrı-ayrı cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün nəzərdə tutulmuş dini ibadət otaqlarında mərasimlərin keçirilməsinə şərait yaradılıb.
Yanvarın 7-də dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının keşişi protoiyerey Mefodiy 15 saylı cəzaçəkmə müəssisəsində olub, pravoslav kilsəsinə mənsub məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyub.
Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər