Həbsxanaya dezodorantın içində narkotik keçirmə cəhdi

hebsxanaya-dezodorantin-icinde-narkotik-kecirme-cehdi
Oxunma sayı: 1474


“Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əfqan Güloğlan oğlu Atakişiyevə tanışı Şaiq Faiq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı dezodorant qabının içərisində 2 ədəd sellofana bükülmüş, xalis çəkisi 4,569 qram olan narkotik maddə - tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.