Həbsxanaya hamam süngərində narkotik keçirmək istədi - Foto

hebsxanaya-hamam-sungerinde-narkotik-kecirmek-istedi
Oxunma sayı: 1369

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən “Qafqazinfo”ya verilən xəbərə görə, 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Anar Axundova Göygöl şəhər sakini Ayaz Əliyev tərəfindən gətirilmiş sovqatda hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.