“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.
Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə həbs edilən 1979-cu il təvəllüdlü Sultanağa Ağayevdən 0,383 qram heroin götürülüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Sultanağa Ağayev 2012-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o tək olmayıb. Dostu Mehman Quliyvelə birgə İrandan heroin gətirərkən saxlanılıblar.
İranda istintaqa məlum olmayan şəxsdən 100,912 qram heroin alıblar. Sonra dostlar həmin heroini sərhəddən gizli keçirmək məqsədi ilə 3 büküm edib Mehman Quliyevin düz bağırsağına yerləşdiriblər. Lakin sərhəd keçid məntəqəsində özlərini şübhəli aparan dostlara baxış keçirilib və gizlədilən heroin aşkar edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Mehman Quliyevi 7 il 6 ay, Sultanağa Ağayevi isə 8 il müddətinə azadlıqdan məhrum edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər