Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

hebsxanaya-narkotik-kecirilmesinin-qarsisi-alindi
Oxunma sayı: 1965

Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən "Qafqazinfo"ya verilən məlumata görə, məhkum Abasqulu Namazova tanışı Tamerlan Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə metamfetamin, marixuana, heroin və metadon aşkar olunub

Faktla bağlı araşdırma aparılır.