Həbsxanaya silahlı hücum - 23 ölü

hebsxanaya-silahli-hucum
Oxunma sayı: 1588

Braziliyanın Belen şəhərində məhbuslar kütləvi şəkildə həbsxanadan qaçmağa çalışıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Globo” kanalı məlumat yayıb.

Məlumata əsasən, qaçısın ciddi şəkildə planlaşdırıldığı bildirilir. Naməlum şəxslər həbsxananın binasına partlayıcı maddə və odlu silahdan istifadə edərək  hücum ediblər. Tərəflər arasında baş verən atışma nəticəsində 1 mühafizəçi və 22 məhbus öldürülüb.

Braziliya Milli Məhkəmə Murasının məlumatına əsasən, 2018-ci ilin fevralında 432 nəfər üçün nəzərdə tutulan həbsxanada 660 məhbus olub. Hazırda həbsxanada olan məhbusların sayı dəqiqləşdirilir.