Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1-ci və 181.3.2-ci maddələrinə əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmiş Yusif Məhərrəmov tanışı Füzuli rayon sakini İlkin Alverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman üç ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan iki ədəd “Samsung” və bir ədəd Xiomi” mobil telefon, iki qulaqcıq və üç USB kabel aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər