“Heç bir böhran yoxdur, böhran bizim başımızdadır” - Lukaşenko

hec-bir-bohran-yoxdur-bohran-bizim-basimizdadir-
Oxunma sayı: 1267

Belarus prezidenti Aleksandr Lukaşenko məmurları əhalinin son pullarını əlindən almamağa çağırıb.

"Qafqazinfo” Belarus KİV-ə istinadən xəbər verir ki, prezident, həmçinin, məmurlardan öz davranışlarını iqtisadi böhranla sığortalamamağı tələb edib:

“Bizdə müharibə var? Yoxsa fəlakət, zəlzələ olub ki, məzənnəni tez-tez dəyişək? Bəli, şərtlər dəyişib. Bir qədər çətin olacaq. Lakin heç kimə icazə verilməyib ki, əhalinin cibindəki son pulları çıxarsın.

Hökumətdə bəziləri düşünür ki, seçki başa çatıb, prezident seçilib, bəli o, nə isə vəd vermişdi. Mən 20 il ərzində insanlara verdiyim vədlərin heç birindən imtina etməmişəm.

Vurğulamaq istəyirəm ki, böhranla bağlı üzr istəyirəm, qeybətə çevrilən bütün danışıqlar qəbuledilməzdir. Heç bir böhran yoxdur, böhran bizim başımızdadır. Şərtlər dəyişib, nə olsun? Biz bu şərtlərdə necə işləməli olduğumuzu, necə reaksiya verəcəyimizi bilirik”.