“Heç bir dərman qəbul etmirəm...” - Röya

hec-bir-derman-qebul-etmirem
Oxunma sayı: 4098

Əməkdar artist Röya Ayxan pəhriz sirlərini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, müğənni sosial şəbəkədə bir neçə il əvvəl çəkilmiş fotosunu paylaşıb.

Röya bildirib ki, hamilə olan zaman 100 kq çəkiyə sahib olub:

“Bu fotonu paylaşmaqda məqsədim o idi ki, kim qarşısına məqsəd qoysa arıqlayar. Bu an çox gözəl andır. Çünki canımda can vardı. Şəkil çəkilən gün 100 kq idim. Bu gün isə 48 kq çəkiyə sahibəm. Mənə baxın və stimul alın. Çox maraqlıdır necə arıqladım?

Əvvala onu deyim ki, heç bir dərman qəbul etmirəm. Məni ayaqda saxlayan qarabaşaq, qatıq, pendir, kələm, kahı, xiyar oldu. Çox halsız olanda limonla şirinçay içirdim. İnanmayacaqsınız, hətta düşbərəni belə bişirib, ancaq suyunu içirdim. Sonra istəsəm də yeyə bilmədim. Çünki mədəm balacalaşdı və oldum sizin Röya”.