“Heç bir dini təriqətin üzvü deyiləm...”

hec-bir-dini-teriqetin-uzvu-deyilem
Oxunma sayı: 1762


Bu açıqlamanı “Qafqazinfo”ya “Azərbaycan Universitetləri” səhifəsinin admini Zöhrab Süleymanlı göndərib. O, bildirib ki, Azərbaycan Universitetləri səhifəsi 2011-ci ilin əvvəlində başqa bir tələbə tərəfindən yaradılıb. 2012-ci ilin sonlarından etibarən səhifəyə adminlik edir: “Səhifə olaraq hər zaman TQDK və AR Təhsil Nazirliyinin rəsmi səhifələri ilə xəbər paylaşmaq baxımından müştərək işləyirik. Demək olar ki, tələbələrin bütün universitetlər haqda doğru drüst məlumat almasına xidmət edirik.

Z. Süleymanlı bildirib ki, səhifədə yayımlanan Türkiyə Universitetlərinə qəbul sadəcə facebook reklamıdır: “Azərbaycan Universitetləri səhifəsi də Bakıda fəaliyyət göstərən Azeredu Xaricdə Təhsil şirkəti ilə reklam əməkdaşlığı edir. Bunu hansısa dini təriqətlə qarışıq salmaq abituriyentləri xaricə satmaq kimi axmaq bir fikirlər yazmaq sadəcə olaraq savadsız bir cahil insanın düşüncəsi ola bilər. Səhifə rəhbəri olaraq bəyan edirəm heç bir dini təriqətin üzvü deyiləm – bunu səhifəmi və profilimi izləyən hər kəs deyə bilər. Ən böyük iftira isə dövlətin təhlükəsizliyini həmin iftira dolu yazıya əlavə etməkdir. Əgər bu dövlətin suyunu içib çörəyini yeyən istənilən kəs dövlət əlehinədirsə yediyi çörək içdiyi su ona haram olsun! Ölkəmizin təhlükəsizliyi onun suverenliyi ərazi bütövlüyü şəxsən mənimçün və bütün tələbələrçün ən başlıca məsələdir. Dövlətimizə və dövlətçiliyimizə qarşı olan istənilən şəxs gözümüzdə ən murdar adamdır!

Daha sonra instagram səhifəmizdə yayımlanan o cəfəngiyyatla dolu olan hansısa rektora nəsə deməyimizlə bağlıdır. Məlum hadisə ölkədə rezonans doğurmuşdu. Rektorun Milli Qəhrəmanın qızına etdiyi hörmətsizlikdən hamı xəbərdardır. Ən məşhur saytlar kimi də biz də bu məsələyə biganə qala bilmədik və şükürlər olsunki haqq ədalət öz yerini tapdı. O ki, qaldı rektora qarşı artıq əskik nəsə danışmağımıza, bu ağ yalandır. Tənqid edə bilərik, amma əsla heç kəsi təhqir etmərik. 

Reytinq söhbətinə gəlincə yuxarıda adını çəkdiyim saytda reytinq açıq verilib. Biz o reytinqi 3 yerə bölərək ən yaxşı orta və aşağı bal yığan abituriyentlərin seçə biləcəyi universitetlər bölgüsünü etdik. Heç kəsin universitetinə artıq əskik nəsə deməmişik – bunu bir daha rəsmi surətdə bəyan edirəm.

Haqqımda bəhs edilən yazıdakı abituriyentləri xaricə satırıq kimi sözlər sadəcə olaraq savadsızlığın nəticəsidir. Ölkədə Türkiyə ali məktəblərində oxumaq istəyənlər üçün şərait yaradan çox şirkət fəaliyyət göstərir. Nədənsə bizə qarşı təxribata əl atan bu sifarişci insan yalnız Azərbaycan Universitetlərinin sadəcə facebook reklamı etdiyimizə görə bizi gözdən salmaq istəyir. Reklamı nə iləsə çaşdırmaq düzgün deyil. 

Sonda isə onu bildirmək istəyirəmki mənə qarşı bu mənfi fikir yaratmaq istəyənlərin vaxtı olsa dövlət tədbirlərində necə iştirak etdiyimi təhsil üçün nələr etdiyimə də bir nəzər salsın. Obyektiv olmaq məhz budur”. 

Sözügedən yazı aşağadakı linkdə:

http://qafqazinfo.az/xeber-abituriyentlri-xaric-satan-avanturustun-facebook-srguztlri-t91001.html