“Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”

“Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”
Oxunma sayı: 1081

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli prezidentin imzaladığı ikinci sosial paketin əhəməyiyyətindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, komitə iclasında bildirib ki, sonuncu islahat paketindən 2 milyon 200 min insan faydalanacaq: “Cənab prezident bu ili sosial müdafiə sistemində islahat ili elan edib. Bu ilin əvvəlində həyata keçirilən sosial paketdən 3 milyon insan faydalanıb. İndi isə bu rəqəm 2 milyondur. Deməli, ümumilikdə ilin əvvəlindən bu günə kimi 5 milyon insan bu sərəncamlardan yararlanıb. Bu il həm də ona görə sevindiricidir ki, Dövlət Sosial Müdafiə Fondunun 5 ay müddətində yığımları 350 milyon manat artıb. Təbii ki, bu yığımlar da əhalinin sosial rifahına xərclənir”.

Komitə sədri qeyd edib ki, bu ilin əvvəlindən verilən sərəncamlar dünya dövlətləri ilə müqayisə olunub: “Nəticə ondan ibarətdir ki, heç bir irili-xırdalı dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi