“Heç bir estetik əməliyyat etdirməmişəm” - Cəmilə

hec-bir-estetik-emeliyyat-etdirmemisem
Oxunma sayı: 3646

“İndi şou-biznes, yəni nə şou, nə də biznes var”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Cəmilə deyib.

İfaçı mahnılardan pul qazana bilmədiyini söyləyib:

“Aktyor-aktrisalar üçün kino, müğənnilər üçün əsas toydur. Hansı müğənni konsert verib pul qazanır? Mahnı yazdırıram, ancaq ondan pul qazana bilmirəm”.

Cəmilə üzündə estetik əməliyyat etdirmədiyini söyləyib:

“Xarici görünüşümdə nə kimi dəyişiklik ola bilər? Rusiyalı xanımlara bənzəyirəm. Heç bir estetik əməliyyat etdirməmişəm. Ölkəyə yeni gəlmişəm, Rusiyanın havası düşüb”.