“Heç bir işimə görə peşman olmamışam”- - Əfran İsmayılov

hec-bir-isime-gore-pesman-olmamisam-
Oxunma sayı: 2153


- Oyunla bağlı fikirlərini bilək maaqlı olardı...

- Hər şey istədiyimiz kimi getdi. Layiqli qələbə qazandıq. Əsas odu ki, tarix yazdıq. Çalışacağıq ki, davamı gəlsin, daha da irəli gedək. 

- Tahir Gözəl səni xüsusi fərqləndirdi və təriflədi…

- Ola bilər ki, bu, komandaya yeni transfer olununduğuma görədir. Belə təriflənəsi heç nə yoxdu, hamı yaxşı oynadı. 

- “Qarabağ”dan ayrılandan sonar oyununda düşüş hiss olunurdu. Amma indi sanki, əvvəlki formanı bərpa edirsən. Biz əvvəlki Əfranı yenidən görə biləcəyikmi?

- İndi yavaş-yavaş formamı bərpa etməyə çalışıram. “Qarabağ”la təlim-məşq toplanışında da iştirak edə bilmədim. Amma indi çalışıram oynayıb, formaya düşüm. İndi elə bir vaxtdı ki, qarşıdan ölkə çempionatının oyunları və avrokubok matçları gəlir. 

- “Qarabağ”dan ayrıldığına görə heç peşman olmuşdunmu?

- Xeyr, heç bir işimə görə peşman olmamışam. İnsan elə bir varlıqdı ki, bir işi gördüsə, gərək peşman olmaya. Hər bir işdə xeyir var.

- Qarşıdan millinin matçları gəlir. Bu haqda nə deyə bilərsən?

- Bəli, sabahdan yığışırıq. Elə indi də gördüyünüz kimi tez çıxmışam ki, evdəkiləri bir neçə saat da olsa görə bilim.

“Qafqazinfo”