“Eyni idman salonuna gedirdik. Tez-tez voleybol oynayırdım, udmaq üçün yerə yıxılırdım, ayaqlarım göyərirdi. Dostlarım həmişə "Bir dizlik al" deyirdi. Həyat yoldaşım mənə dizlik aldı və mesaj yazdı ki, gəl apar. Yeməyə apara bilərdi və ya bahalı bir hədiyyə ala bilərdi. Amma həqiqətən məni düşünmüşdü. İlk yeməyə çıxdığımız gecə "Mən səninlə evlənəcəyəm" dedi. Yalnız güldüm. Çox xoşbəxt idim, təkdim, həyatıma kimsəni soxmaq istəmirdim. Böyük danışmışam, üç gün sonra sevgili olduq. Təxminən 40 gün sonra bir iş üçün Hong Konga getmişdi. O səyahətdən bir üzüklə döndü. Niyə bilmirəm, amma təklifinə "Xeyr" deyə bilmədim. Onsuz da özümü o qədər yaxşı və xoşbəxt hiss edirdim ki, hər şeyi paylaşa biləcəyim bir insan vardı. Heç bir kişi mənə bu qədər sahiblənməmişdi. Bilirəm, bir az ani bir evlilik oldu”.
Dörd aylıq hamilə, iki aylıq evli olan Karahan "Hamilə qaldığı üçün evləndi" xəbərlərinə də münasibət bildirib:
“Evlənmə təklifini onsuz da almışdım. Qarşımda aşiq olduğum və mənə aşiq bir adam vardı. Yalnız bir az gəzmək, əylənmək üçün bir il gözləməyə qərar vermişdik. Amma bir eşq uşağı oldu. Ailə qurmağımıza heç bir maneə yox idi. Bu, ən təbii haqqım idi və evləndik”.
Aktrisa doğulacaq övladından da söhbət açıb:
“Övladım oğlan olacaq. Adını Əli Dəmir qoyacağıq. Əli adını onsuz da çox sevirdim. Sonra ağılımıza Dəmir adı gəldi. İkisini birdən istifadə edəcəyik”.
Son xəbərlər
Son Xəbərlər