“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova SİA-ya müsahibəsində prezidentin müxalifət haqda son çıxışına münasibət bildirərkən deyib. B. Muradova bildirib ki, özlərinə ölkədən kənarda dayaq axtaran, xalqdan heç bir sosial dayağı olmayan bir qrup siyasətbazların mövqeyi bəllidir: “Onlar öz siyasi ambisyalarını reallaşdırmaq üçün ölkənin milli maraqlarını bizi istəməyən xarici qurumlara belə qurban verməyə hazırdılar. Bunun bariz nümunəsi ölkəmizdə keçirilən son prezident seçkilərində özünü göstərdi. Seçkilər ərəfəsində Azərbaycandakı vəziyyəti gərginləşdirmək üçün bütün vasitələri səfərbər etmişdilər. Buna baxmayaraq, iflasa uğradılar. Bu günə qədər heç bir güc mərkəzi ölkəmizdə istədiklərini reallaşdıra bilməyiblər. Azərbaycan günbəgün güclənir, möhkəmlənir, vətəndaşlarımızın həyat səviyyəsi yaxşılaşdırılır. İqtisadi imkanların genişlənməsi onun imicinin beynəlxalq arenada artmasına, möhkəmlənməsinə xidmət edir. Azərbaycan dünya siyasətinin aparıcı fiqurlarından birinə çevrilib. Bu baxımdan, heç bir qüvvə Azərbaycanda sabitliyi pozmağa cəhd edə bilməz”.
Son xəbərlər
Son Xəbərlər