“Heç bir stansiyada köşk qoyulmayacaq, amma...”

hec-bir-stansiyada-kosk-qoyulmayacaq-amma
Oxunma sayı: 1638


"Bu işlər gecələr görülür. Gündüz vaxtı stansiyalarda bu işlərin görülməsi mümkün olmur, ona görə də işçilər gecə çalışırlar. Sadəcə çalışırıq ki, qısa vaxt ərzində işləri bitirək”.

Eyni zamanda metronun digər stansiyalarında da kitab köşklərinin nə zaman açılacağı məsələsinə toxunan N. Paşayev qeyd edib ki, heç bir stansiyada köşk qoyulmayacaq:”Metronun müəyyən stansiyalarında, özü də arxitektur quruluşla vəhdət təşkil etməklə, inşa və təmir-bərpa işləri zamanı əvvəlcədən nəzərə alınmaqla metropolitenin özü tərəfindən xüsusi ayrılmış və hazır vəziyyətə gətirilmiş məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və sair xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, maarifləndirmə xarakterli və insanların ədəbiyyata olan marağının artırılması məqsədilə kitab evi şəbəkəsinin, o cümlədən estetik baxımdan və xoş təravəti ilə zövqləri oxşayacaq gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılıb. Yəni təmir-bərpa işləri zamanı elə yerlərin yaradılması variantları nəzərdən keçiriləcək. əgər mümkün olsa, o kriteriyalara uyğun yerlər istifadəyə veriləcək”.

Günel Türksoy