“Heç bir tənqidə dözmür” - Kreml

hec-bir-tenqide-dozmur
Oxunma sayı: 2548

“Ermənistanda bəzi siyasi xadimlərdən eşitdim ki, hakimiyyəti ələ keçirmək əsl demokratiyadır”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanda dövlət çevrilişinə cəhddə Rusiya izinin axtarılmasını şərh edərkən deyib.

“Bir sıra erməni rəsmilərinin Ermənistan İstintaq Komitəsinin dövlət çevrilişinə cəhdin qarşısının alınması, orada hansısa rus izini tapmağa çalışması barədə mesajlar yaymaq cəhdləri absurddur və onlar heç bir tənqidə dözmür”, - Zaxarova bildirib.

O, dəfələrlə qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq, digər ölkələrin daxili işlərinə qarışmır.

“Təəssüf ki, bəzi yerli dairələr rusofobik əhval-ruhiyyənin təbliğinə can atan qərblilərin hiyləgər taktikasını mənimsəyir”,- o əlavə edib.