“Heç birimizin işi olmayacaq” - İlon Mask

hec-birimizin-isi-olmayacaq
Oxunma sayı: 4761

“Mənim ən böyük qorxum süni intellektdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri amerikalı texnologiya milyarderi İlon Mask Parisdə keçirilən “VivaTech” texnologiya konfransında deyib.

Tədbirə videokonfrans vasitəsilə qatılan Mask qeyd edib ki, iş yerləri təhlükə altındadır: “Mənim ən böyük ümidim Mars, ən böyük qorxum isə süni intellektdir. Əgər kompüterlər və robotlar hər şeyi sizdən yaxşı bacarırsa, həyatınızın mənası varmı? Yəqin ki, heç birimizin işi olmayacaq”.

Mask, valideynlərdən uşaqlarının sosial mediadan istifadəsini məhdudlaşdırmağı xahiş edib: “Uşaqlar dopamini maksiumuma qaldıran süni intellekt tərəfindən proqramlaşdırılırlar. Sosial medianın əksəriyyəti uşaqlar üçün pisdir”.