“Heç də təhlükəli deyil” - Ayağını şüşədən çıxaran sürücü

“Heç də təhlükəli deyil”
Oxunma sayı: 2005

“Hərkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücü müəyyən olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib. Polis polkovnikinin sözlərinə görə, sosial şəbəkələrdə digər sürücü tərəfindən çəkilərək yayılan görüntülərlə bağlı aparılan araşdırma zamanı sürücünün şəxsiyyəti müəyyən olunub.

Bölmə rəisi bildirib ki, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: “Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib”.

Vaqif Əsədov əlavə edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi