“Heç-heçə uğurlu nəticə idi” - Medvedev

hec-hece-ugurlu-netice-idi
Oxunma sayı: 815


 “Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib. 

O, dünən Topaz Premyer Liqasının 27-ci turunda “İnter”lə 0:0-lıq heç-heçə etdikləri oyundan danışıb: “Meydana qlaibiyyət üçün çıxmışdıq. Alınmadı, amma ən əsası odur ki, biz uduzmadıq. Həmçinin qeyd etmək lazımdır ki, biz başqa stadionda oynayırdıq. Bura öyrəşmək də lazım idi. Tofiq Bəhramov adına Respublika stadionunda başqa futbol oynayırdıq. “Bakcell Arena”nın otu bir az çox idi. İstədiyimiz kimi topla rəftar edə bilmirdik. Futbolçuların bir çoxu milli komandada olduğuna görə bir müddət bir yerdə deyildik, məşq edə bilmədik deyə, sanki oynumuz bir az itmişdi. Növbəti matça kimi baş məşqçimiz futbolçuları yenidən bir yerə yığıb, tapşırıqlarını verəcək və komanda lazımı nəticələri verəcək. 

Medvedev heç-heçəni uğurlu nəticə sayıb: “Komandamızın əksər üzvləri millinin futbolçularıdı. Bu gün meydana çıxan yığma üzvləri Malta ilə oyunda 90 dəqiqə meydanda olmuşdular. Ona görə də 1 xalı pis nəticə saymaq olmaz.” 

Müdafiəçi komandanın “Bakcell Aren”ya öyrəşmək üçün bu stadionda tez-tez məşq etməli olduqlarını bildirib: “Komandanın zaman-zaman gəlib burada məşq etməsi lazımdı ki, futbolçular meydançanı hiss edə bilsinlər. Respubilka stadionu bir az genişdi deyə başqa cür futbol nümayiş etdiririk. Bura isə bir az yığcamdı. Hətta azarkeşlərin bütün sözlərini eşitmək olur. Bəziləri olur ki, qışqırır ki, “ə, gedin qabağa”. Belə sözlərlə istər-istəməz futbolçuya təsir edirlər. Ona görə də meydançada rahat ola bilmirsən”.