“Heç kəs bu qədər tez gözləmirdi” - Abadi

hec-kes-bu-qeder-tez-gozlemirdi
Oxunma sayı: 708

Mosulda İŞİD üzərində zəfəri elan edən İraqın baş naziri Heydər Əl-Abadi xalq və hərbçilər qarşısında çıxış edib.

“Qafqazinfo” Tasnim-ə istinadən xəbər verir ki, Abadi İraq ordusunun göstərdiyi qəhrəmanlıqla dünyanı təəccübləndirdiyini söyləyib:

“Bizim İŞİD-i bu qədər tez məhv edəcəyimizi gözləmirdilər. Amma qəhrəman ordumuz sayəsində biz bunu bacardıq”.

Baş nazir infrastrukturda meydana gələn dağıntıları aradan qaldırmağa və şəhəri əvvəlki günlərinə qaytarmağa çalışacaqlarını bildirib.