“Heç kəs narazı qalmamalıdır”- - Nərgiz Paşayeva+Fotolar

hec-kes-narazi-qalmamalidir-
Oxunma sayı: 2303


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, bununla əlaqədar, Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikası Soqanq Universitetinin professoru Dakuan Li başda olmaqla Rəhbər Komitənin nümayəndə heyəti paytaxta gəlib.

Rəhbər Komitənin tərkibinə 12 ölkənin nümayəndələri daxildir. İki günlük səfərin məqsədi təşkilati işlərin gedişi ilə tanış olmaqdır.

Yanvarın 16-da MDU-nun Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadasının və Olimpiadanın Təşkilat Komitəsinin prezidenti, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Rəhbər Komitənin üzvləri ilə görüşüb.

Nərgiz Paşayeva keçiriləcək tədbiri yüksək qiymətləndirib:

“Əsas vəzifələrdən biri Olimpiadanı şəffaf keçirməkdir ki, onun nəticələri ədalətli olsun və heç kəsdə şübhə doğurmasın. Biz məktəblilərə bu cür elmi müsabiqələrin ədalətli keçirilməsinə inam, elmə maraq aşılamalıyıq. Mən çox istəyirəm ki, məktəblilər, hətta onlar qalib gəlməsələr də bilsinlər ki, hər şey ədalətli olub. Heç kəs - istər bizim universitetdən, istər olimpiadanın təşkilatçılarından, istərsə də münsiflər heyətindən və bütövlükdə bu tədbirdən narazı qalmamalıdır”.

Professor N.Paşayeva bildirib ki, Olimpiadanın təşkilatçıları qarşısında mühüm vəzifələr durur.