“Heç kim bu zəmanətə qarşı çıxmır, amma şərtlər aydın deyil”

hec-kim-bu-zemanete-qarsi-cixmir-amma-sertler-aydin-deyil
Oxunma sayı: 1778

“Zelenskinin irəli sürdüyü NATO-nun 5-ci maddə tələbi ilə heç kim razılaşmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

“Zəmanətin nə olduğunu bilmədən heç bir zamindən söhbət gedə bilməz. Ukrayna deyir ki, mən neytrallığı qəbul edirəm, amma təhlükəsizliyimin təmin olunmasını istəyirəm. Zelenski NATO-nun 5-ci maddəsinə bənzər bir bənd istədiyini bildirib. Heç bir ölkə bu təklifi qəbul etməyib. ABŞ, Böyük Britaniya və Kanada da bunu qəbul etmir. Təbii ki, Türkiyə də bunu qəbul etmir. Prinsipcə, heç kim bu zəmanətə qarşı çıxmır. Amma bu zəmanətin şərtləri aydın deyil”, - deyə Çavuşoğlu bildirib. 

Qeyd edək ki, NATO Müqaviləsinin beşinci maddəsində deyilir:

“Tərəflər razılaşırlar ki, Şimali Amerikada və ya Avropada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücum onların hamısına qarşı hücum hesab edilsin və belə bir hücum baş verərsə, o, BMT Qanununun 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv özünümüdafiə hüququndan istifadə etməklə, hücuma məruz qalan Tərəf və ya Tərəflər hər biri ayrı-ayrılıqda və digərləri ilə birlikdə təhlükəsizliyin qorunması üçün zəruri hesab edilən tədbirləri görürlər. İstənilən belə hücum və bunun nəticəsində görülən hər hansı hərəkət dərhal Təhlükəsizlik Şurasına bildirilməlidir. Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olması və qorunub saxlanılması üçün lazımi tədbirlər gördükdə, bu tədbirlər dayandırılır”.